Slovakiyada son 24 saat ərzində koronavirus 6 315 insanda təsdiq olundu

14:36, 31.12.2020

Slovakiyada son 24 saat ərzində koronavirusun gündəlik yoluxma halının rekord göstəricisi qeydə alındı.

Ölkədə ötən gün ərzində koronavirus 6 315 insanda təsdiq olundu.

Məlumatı “Qardian” ölkə hökumətinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Slovakiyada virusun 179 543 halı qeydə alınıb, 2 138 pasiyent vəfat edib.

Oxşar