Sistemdən çıxmağa qərar verən pensiya yaşlı, əməkdar müəllimlər pul mükafatını sentyabrda alacaqlar
Sistemdən çıxmağa qərar verən pensiya yaşlı, əməkdar müəllimlər pul mükafatını sentyabrda alacaqlar

Öz istəyi ilə pensiyaya çıxan pedaqoqlar pul mükafatını ilin sonuna qədər alacaqlar, – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Batiaşvili hökümət iclası başa çatdıqdan sonra verdi.

Batiaşvilinin qeyd etdiyinə görə, təhsil inkişafı sxeminə dəyişikliklər əlavə olundu.

“İki illik maaşını alaraq, əməkdar müəllimlər pensiyaya çıxacaqlar.

Sistemdən çıxmaq istəyən müəllimlərin sayı 6 mindir. 2019-cu ilin dekabr ayına qədər pensiyaya çıxmaq istəyən müəllimlərin pul mükafatları veriləcək.

Düşünürük ki, illər ərzində təhsil sisteminə əmək verən müəllimlərə təşəkürümüzü belə bildirək” – dedi Mixeil Batiaşvili.