"Sinovak" vaksinası ilə qeydiyyat mayın 21-dən, peyvəndlər isə, mayın 24-dən başlayacaq
“Sinovak” vaksinası ilə qeydiyyat mayın 21-dən, peyvəndlər isə, mayın 24-dən başlayacaq.
Bu haqda məlumatı Birinci Kanala Xəstəliklər Nəzarətinin Milli Mərkəzindən veriblər.
Mərkəzin məlumatına görə, qeydiyyat saatı sabahdan bildiriləcək.
Bununla yanaşı, Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədr müavini Paata İmnadze bəyan etdi ki, qeyd olunan vaksina “Sinovak” adı ilə tanınır, rəsmi olaraq isə, adı “Koronavak”-dır.
Onun dediyinə görə, “Sinovak”-ın istehsal etdiyi “Koronavak” vaksinası dünyanın 32 ölkəsində avtorizasiya olunub. ÜST-ün avtorizasiyasını isə, yaxın günlərdə alacaq.
Xatırladaq ki, “Sinovakın” 100 min dozasını Gürcüstana Çin tərəfi hədiyyə olaraq, verdi.