Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Gürcüstanda havanın temperaturu 40 dərəcəni keçəcək
Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına görə, yaxın günlərdə Gürcüstanda hava hiss olunacaq dərəcədə qızacaq.
Sinoptiklərin proqnozuna görə, avqust ayının 6-da və 7-də Qərbi Gürcüstanda havanın temperaturu 40 dərəcəni, avqustun 7 -də və 9-da isə Şərqi Gürcüstanda 39 dərəcəni keçə bilər.
Avqustun 6 və 7-də Qara dənizin sahil rayonlarında , Zemo İmeretidə, Kolxeti ovalıqlarında və Qori-Surami hissəsində şərq istiqamətində güclü külək əsəcək.
Ətraf Mühit üzrə Milli Agentlikdən qeyd edirlər ki, havanın yüksək temperaturu və güclü külək meşə yanğınlarının yaranmasını təşviq edəcək.