Sinoptiklərin proqnozuna görə, aprelin 11-13-də bəzi rayonlarda yağmurlu hava şəraiti davam edəcək
Sinoptiklərin proqnozuna görə, aprelin 11-13-də bəzi rayonlarda yağmurlu hava şəraiti davam edəcək

 
Milli Ətraf Mühit Agentliyi, aprelin 11-13-də Gürcüstanın bəzi rayonlarında yağmurlu hava şəraitinin davam edəcəyi ilə bağlı məlumat yayır.

Aprelin 11-də Tbilisidə az miqdarda yağış yağacağı gözlənilir, aprelin 12-13-də isə hava isti və əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 13-də isə yağış yağa bilər. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti) : aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 13-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) : aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 13-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, aprelin 13-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə olacaq.