Sinoptiklərin proqnozuna görə, 5 fevrala qədər Gürcüstanda isti və yağmursuz hava olacaq
Sinoptiklərin proqnozuna görə, 5 fevrala qədər Gürcüstanda isti və yağmursuz hava olacaq

Ətraf Mühiti Milli Agentliyinin məlumatına görə, 5 fevrala qədər Gürcüstanda isti və yağmursuz hava olacaq.

Sinoptiklərin proqnozuna görə, hava temperaturu gündüz saatlarında qərbi Gürcüstanda +18,+23, şərqi Gürcüstanda +12,+17 dərəcə olacaq.

Ətraf Mühiti Milli Agentliyində bəyan edirlər ki, Tbilisidə də yağmursuz hava gözlənilir. Hava temperaturu gündüz +14,+16 dərəcə qeydə alınacaq.