Sinoptiklərin proqnozuna görə, 8-9 apreldə şərqi Gürcüstanda temperatur mənfi altı dərəcəyədək düşəcək
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 7-8 apreldə Gürcüstanda Qafqazın şimal-şərqindən soyuq hava kütlələrinin yayılması gözlənilir.
7 apreldə yağmurlu hava, aranda yağış, dağlıq yerdə qar, həmçinin sis-duman gözlənilir. 8 apreldə aranda da qarın yağması mümkündür.
Sinoptiklərin proqnozuna görə, 8-9 apreldə, Şida Kartli və Kaxetidə temperaturun aşağı düşməsi gözlənilir – aranda -2,-4, dağlıq yerlərdə -4,-6 dərəcə.