Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərgi Gürcüstanda hava temperaturu 35 dərəcədən artıq olacaq

Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Şərgi Gürcüstanda hava temperaturu 35 dərəcədən artıq olacaq, – Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Ətraf Mühitin Milli Agentliyindən veriblər.

Proqnozlara görə, Qərbi Gürcüstanda hava temperaturu 28-32 qradus olacaq, sahilyanı rayonlarda isə, 28-30 qradus.

Dağlıq rayonlarda hava dərəcəsi 28-35 qradusa qədər yüksələcək.

Şərgi Gürcüstanda isə, hava dərəcəsi 35 qradusu aşacaq.

Axaltsixe və Borcomidə hava dərəcəsi 34-36 qradus olacaq.

Həmçinin, sinoptiklərin proqnozuna görə, hava temperaturun yüksəlməsi ilə yanaşı, günün ikinci yarısında və axşam saatlarında, ara-sıra yağış yağacaq.