Gürcüstanda bu gün və sabah əksər hallarda isti havalar gözlənilir
Gürcüstanda bu gün və sabah əksər hallarda isti havalar gözlənilir

Gürcüstan ərazisində bu gün və sabah əksər hallarda isti havalar gözlənilir.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, Gürcüstanın bəzi rayonunda axşam saatlarında yağış və şimşəyin qeydə alınması mümkündür. Hava temperaturu gündüz saatlarında qərbi Gürcüstanda 23-28, şəqri Gürcüstanda isə, 19-24 dərəcəyə qədər artacaq.

Bununla yanaşı idarənin məlumatına görə, 13 mayda Tbilisidə qısa müddətli şimşəkli yağış və şərq-qərb istiqamətli külək gözlənilir. Başqa günləri yağmursuz hava olacaq. Hava temperaturu 22-24 dərəcə qeydə alınacaq.