Sinoptiklərin proqnozuna əsasən, mayın 2-dən Gürcüstanda havanın temperaturu aşağı düşəcək
Sinoptiklərin proqnozuna əsasən, mayın 2-dən Gürcüstanda havanın temperaturu aşağı düşəcək

 
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, mayın 2-dək Gürcüstanın bəzi, mayın 2-dən isə əksər rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə ola bilsin dolu da düşsün.

Sinoptiklərin proqnozuna əsasən, mayın 2-dən havanın temperaturu da aşağı düşəcək.

“Tbilisidə mayın 2-dək hava şəraiti isti və yağmursuz keçəcək, mayın 2-də isə axşam saatlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Mayın 2-dək havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq, mayın 2-də isə temperatur +23, +25 dərəcəyədək aşağı düşəcək.

Sahilrayonu rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, mayın 2-də havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcəyədək aşağı düşəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, mayın 2-də havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcəyədək aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, mayın 2-də havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcəyədək aşağı düşəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, mayın 2-də havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcəyədək aşağı düşəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə ola bilsin dolu da düşsün. Havanın temperaturu gündüz saatlarında +25, +30 dərəcə qeydə alınacaq, mayın 2-də isə temperatur nisbətən aşağı düşəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə ola bilsin dolu da düşsün. Havanın temperaturu gündüz saatlarında +25, +30 dərəcə qeydə alınacaq, mayın 2-də isə temperatur nisbətən aşağı düşəcək.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro) mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə ola bilsin dolu da düşsün. Havanın temperaturu gündüz saatlarında +23, +28 dərəcə qeydə alınacaq, mayın 2-də isə temperatur nisbətən aşağı düşəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): mayın 2-dək bəzi, mayın 2-də isə əksər rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə ola bilsin dolu da düşsün. Havanın temperaturu gündüz saatlarında +18, +23 dərəcə qeydə alınacaq, mayın 2-də isə temperatur nisbətən aşağı düşəcək” – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.