Sinoptiklərin proqnozuna əsasən, avqustun 16-17-də Gürcüstanın ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, avqustun 18-dən hava şəraiti yağmursuz keçəcək
Milli Ətraf Mühit Agentliyi avqustun 16-19-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, avqustun 16-17-də Gürcüstanın ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, avqustun 18-dən hava şəraiti yağmursuz keçəcək.
Avqustun 16-17-də Tbilisidə ola bilsin qısamüddətli yağış qeydə alınsın, avqustun 18-19-da isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) avqustun 16-da ola bilsin yağış yağsın, avqustun 17-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) avqustun 16-da ola bilsin yağış yağsın, avqustun 17-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) avqustun 16-da ola bilsin yağış yağsın, avqustun 17-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 16-17-də bəzi yerlərdə ola bilsin şimşəyin müşaiyəti ilə qısamüddətli yağış qeydə alınsın, avqustun 18-19-da isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə olacaq. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) avqustun 16-17-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, ola bilsin dolu düşsün və külək güclənsin. Avqustun 18-19-da isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) avqustun 16-17-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, ola bilsin dolu düşsün və külək güclənsin. Avqustun 18-19-da isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) avqustun 16-17-də şimşəyin müşaiyəti ilə qısamüddətli yağış yağacağı gözlənilir, avqustun 18-19-da hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.