Sinoptiklərin dediyinə görə, göy üzünün bugünki sarı rəngi hava massasına qumun qarışması ilə bağlıdır

Gürcüstanda göy üzünün sarı rəngi hava massasına qumun qarışması ilə bağlıdır.

Bu barədə bəyanatı Birinci Kanala ətraf mühitin qorunmasının milli agentliyinin hidrometeroloji proqnoz mərkəzinin nümayəndəsi Dodo Qvazava verdi.

“Bugün səma sarı rəngindədir və buna təəcüblənməli deyilik. Cənubdan ilıq hava massaları gətirilir, hansına ki, sarı qum qarışıb və göy üzü sarı görünür. Bu tozlu yağışdır. Bugün bir neçə rayonda yağış gözlənilir. Sabah gündüz saatlarında Qərbi Gürcüstanda yağış olacaq, Şərq Gürcüstanda isə, axşam saatlarında yağış yağacaq” – dedi Qvazava.