Gürcüstanın Səhiyyə Nazirinin müavini Tamar Qabunianın bəyanatına görə, “Sinofarmın” ikinci dozasının qeydiyyatı sabah günün ikinci yarısından başlayacaq.
Onun dediyinə görə, ölkə “Sinofarm” vaksinasını ehtimala görə, iyunun əvvəlindən ortasına qədər müddətdə alacaq.
“Düşünürük ki, “Sinofarmın” yeni dozasını iyunun əvvəlindən alacağıq. Bununla bağlı danışıqlar gələn həftə başa çatacaq və ictimaiyyətə dəqiq məlumat verəcəyik. Eyni tarix “Qırmızı Xaç” tərəfindən verilən 100 000 doza “Sinofarm”-a da aiddir”, – dedi Tamar Qabunia.