Şindisi döyüşündən 11 il keçdi
Şindisi döyüşündən 11 il keçdi

Bu gün Şindisi döyüşündə həlak olan qəhrəmanların xatirəsini bir daha yad edirlər. Qəhrəmanlar memorialı önündə, Qori royonunun Şindisi kəndində hərbiçilərin xatiəsini yad edəcəklər.

Şindisi döyüşü 2008-ci il avqustun 11-də baş verdi. Rus hərbi hissəsi ilə qeyri-tansüb döyüş nəticəsində 17 gürcü əsgəri həlak oldu – Aleksandre Oniani, Emzar Tsilosani, Vepxvia Çişkariani, Zviad Katsadze, Teymuraz Beridze, İliya Qabuniya, İlia Şeklaşvili, İrakli Canelidze, Kaxa Koşadze, Levan Melkadze, Marlen Baramiya, Mixeil Dvalişvili, Nikoloz Porçxidze, Roman Zoidze, Ruslan Tsuladze, Feliks Kakuridze və Şmaqi Kupatadze.

Gürcü kəndləri istiqamətinə atəşi hələ 2008-ci ilin iyulunda açdılar, durum xüsusilə avqustun 7-də gərginləşdi, Nuli, Avnevi, Frisi bombalandı və cavab atəşi açıldı. Avqustun 8-də səhər, Roki tunelində Sxinvali bölgəsinə Rusiyanın 58-ci ordusunun kolonası daxil oldu.

Sxinvalinin bir hissəsini tutmağı bacaran gürcü birləşmələri, rus aviasiyasının hücumu nəticəsində geri çəkilməli oldular. Rus aviasiyası Qorini, Poti limanını, Senaki və Marneuli hərbi bazalarını, Vaziani bazasını, aviasiya zavodunu və Kvişiani dağında yerləşən radarı bombaladı.

İntensiv döyüş əməliyyatları beş gün davam etdi. Aktiv döyüş əməliyyatlarının dayandırılması isə, yalnız beynəlxalq həmdostluğun fəallaşmasından sonra mümkün oldu.

Müharibənin başa çatmasından sonra tezliklə, Rusiya Abxaziya və “Cənubi Osetiyanın” müstəqilliyini tanıdı.

2008-ci ildə imzalanmış atəşkəs barəsində razılaşmanı rəsmi Moskva, bu günə qədər yerinə yetirmir.

412 həlak olmuş, o cümlədən 169 hərbçi; 1 747 yaralı; 130 000 məcburi köçkün, buradan 30 mini bu günə qədər qaçqınlıqda yaşayır; 35 000 məhv edilmiş ev; yerlə yeksan olmuş 53 gürcü kəndi; Rusiya tərəfindən əlavə işğal olunmuş beş dərə və 125 kənd; Gürcüstan vətəndaşları bu gün də tikanlı məftillərin o biri tərəfində yaşamalı olurlar, – bu avqust müharibəsinin nəticələridir.