Şida-Kartlidə koronavirusun yenə bir halı qeydə alındı.
Koronavirus Qori munisipalitetinin Plavi kəndinin sakinində aşkarlandı. O Qori xəstəxanasında xəstələnən tibb bacısı ilə ünsiyyətdə olub.
Dünən Qori munisipalitetindən Luqar laboratoriyasına 17 nəfərin analizi göndərilmişdi və birininki müsbət çıxdı.
Qeyd edilməlidir ki, bu Qoridə koronavirusun 8-ci halıdır.