Şida-Kartlidə covid-19-un beş yeni halı qeydə alındı, infeksiyaya yoluxanlar arasında üç yeniyetmə var
Şida-Kartlidə covid-19-un beş yeni halı qeydə alındı, infeksiyaya yoluxanlar arasında üç yeniyetmə var və hər üçü ev şəraitində müalicə olunur.
Şida-Kartlinin qubernator vəzifəsinin icraçısı Simon Quledaninin bəyanatına görə, infeksiyaya yoluxanlar arasında ikisi Tirdznisi, biri Nadarbazevi və biri Qori sakinidir.
Quledaninin məlumatına görə, infeksiyaya yoluxanlar arasında məktəb şagirdləri və Qorinin “GPC” əczanəsinin əməkdaşları var.
Quledani qeyd etdi ki, Qorinin “GPC” aczanəsinin bütün əməkdaşları öztəcridə keçdilər və iş prosesi dezinfeksiya işləri başa çatdıqdan sonra davam edəcək.
Bu vaxt üçün Şida-Kartlidə 231 analizin cavabını gözləyirlər.