Şida Kartlidə Covid 19-a yoluxanların kontaktlarından 60-dək şəxs özünü təcrid edib
Şida Kartlidə Covid 19-a yoluxanların kontaktlarından 60-dək şəxs özünü təcrid edib

 

 Şida Kartlidən Luqar laboratoriyasına bu gün 46 nümunə göndərilib.Bunlardan 14 nümunə  Qoridə bu gün təsdiqlənmiş halın və  Respublika Xəstəxanasının  yoluxmuş iki tibb bacısının kontaktıdır.

 Bölgədə Covid 19-a yoluxanların kontaktlarından 60-dək şəxs özünü təcrid rejiminə keçib.

Bu gün Qoridə 48 yaşlı kişinin yeni növ koronavirusa yoluxması müəyyən olunub.O, dünən koronavirusa yoluxması təsdiqlənən ″Embawood″-un əməkdaşının həyat yoldaşıdır

 

      Hazırladı-Sevinc Mustafayeva