Sğaltuboda 17 yaşlı gəncin qətlində ittiham olunanı Tbilisidə yaxaladılar
Sğaltuboda 17 yaşlı gəncin qətlində ittiham olunanı Tbilisidə yaxaladılar

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin əməkdaşları, keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1999-cu il doğumlunu qəsdəbn qətl ittihamı ilə yaxaladılar.

Daxili İşlər Nazirliyindən Birinci Kanala bildirildiyinə görə, istintaq müəyyən etdi ki, müttəhim cari ilin dekabrın 2-də, Sğaltubo rayonunun Opşkviti kəndində, ağızlaşma zəmnində, biçaqla 2000-ci il doğumlu T.B.-nin sinə nahiyəsinə bir zərbə yetridi və hadisə yerindən gizləndi.

“Yaralanan xəstəxanaya çatdırılana kimi dünyasını dəyişdi. Hüquqmühafizəçilər İ.T.-ni Tbilisidə yaxaladılar. İstintaq, qəsdən qətl faktı üzrə həyata keçirilir (GCM-nin 108-cu maddəsi)”, – Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.