Şeyx Al Nahyan - Yaxın iki il ərzində Gürcüstanda sərmayələri ikiqat etmək qərarına gəldim
Şeyx Al Nahyan - Yaxın iki il ərzində Gürcüstanda sərmayələri ikiqat etmək qərarına gəldim

Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq naziri, Şeyx Al Nahyanın dəyərləndirməsinə görə, Gürcüstanda biznesin edilməsi üçün hər cür şərait var. Onun qeyd etdiyinə görə, iki il ərzində sərmayələri ikiqat etmək qərarına gəlib.

“İllər öncə Gürcüstanla həftədə bir uçuşumuz var idi, hazırda isə uçuşlar gündə 3-5 dəfə həyata keçirilir. Hər bir mövcud olan indikator göstərir ki, Gürcüstan, biznes baxımından çox rahatdır.

Şəxsi təcrübəmdən bilirəm ki, burada biznes edə bilərsən və bunun üçün hər cür şərait var. Yaxın iki il ərzində sərmayələri ikiqat etmək qərarına gəldim. Bununla Gürcüstan hökumətinə etimadımı bildirirəm. Gürcüstan inkişaf etmiş ölkədir və bu iqtisadi artımda da görünür.

Gürcüstanda sərmayələrin qoyulmasını davam etdirəcəyik. Gələcəkdə şəxsən mən liman və aeroportun təşkilini planlaşdırırram. Yaxşıdır ki, Gürcüstanda bürokratiya yoxdur və bisnes üçün yaşxi mühit var”, – Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq naziri bəyan etdi.