Şeyx Al Nahayan Gürcüstanda dəniz və hava limanları tikməyi düşünür
Şeyx Al Nahayan Gürcüstanda dəniz və hava limanları tikməyi düşünür

Birləşmiş Ərəb Emirliklərinin nazirlər kabinetinin üzvü olan, Tolerantlıq məsələləri üzrə Nazir Şeyx Al Nahayan Gürcüstanda dəniz və hava limanlarını tikməyi planlaşdırır.

Bu barədə məlumatı o, Tbilisi İpək Yolu forumunda çıxış edən zaman verdi.

“Mövcüd olan bütün indikatorlar göstərirlər ki,  Gürcüstan biznesin inkişafı üçün ən yaxşı ölkədir. Bunu şəxsi təcrübəmlə də gördüm. Gələcək iki il ərzində buradaki investisiyalarımı ikiqat artırmağı düşünərəm. Gürcüstan iqtidarına təşəkkür edirəm və deyirəm ki, Gürcüstan həqiqətən də inkişaf etmiş bir ölkədir və bu onun iqtisadi artışından da bəllidir.

Mən şəxsən burada dəniz və hava limanları tikməyi düşünürəm” – dedi Şeyx Al Nahayan.