Səudiyyə Ərəbistanında İslam və Ərəb ölkələrinin sammiti keçirilir
Səudiyyə Ərəbistanında İslam və Ərəb ölkələrinin sammiti keçirilir

Səudiyyə Ərəbistanında İslam və Ərəb ölkələrinin sammiti keçirilir. Ər-Riyadda keçirilən tədbirdə İran prezidenti İbrahim Rəisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Suriya prezidenti Bəşər Əsəd də daxil olmaqla onlarla ölkə lideri iştirak edir.

Sammitdə müzakirə olunacaq əsas məsələ İsraillə “HƏMAS” arasında davam edən hərbi əməliyyatlardır. Gözlənilənə əsasən, sammitdə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar qınanacaq.

İlkin plana görə, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının iki fövqəladə sammiti şənbə və bazar günləri Səudiyyə Ərəbistanında keçirilməli idi, lakin Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, birgə sammit bu iki görüşü əvəz edəcək.