Səudi Ərəbistanın Milli Aviaşirkəti Gürcüstan aviabazarına mayın 17-dən qayıdacaq

Səudi Ərəbistanın Flynas Milli Aviaşirkəti Gürcüstan aviabazarına mayın 17-dən qayıdacaq.

Bu haqda məlumatı Gürcüstanın hava limanları birliyi yayır.

Hava limanları birliyinin məlumatına görə, mayın 17-dən, aviaşirkət Tbilisi və Batumi beynəlxalq hava limanlarından üç istiqamətdə – Er-Riyad, Ceda və Damama doğru həftədə 12 dəfə aviareyslər həyata keçirəcək.