"Şerlok" və "Game of Thrones" seriallarının operatoru Qanada çəkiliş meydanında həlak oldu
Məşhur serialların operatoru Mark Milson Qanada çəkiliş meydanında öldü.
Faciyə BBC və Netflix-in birgə layihəsi The Forgiving Earth-in çəkilişi zamanı baş verdi.
Serial müharibələrdə baş verən cinayətlərin tarixindən bəhs edir.
Faciənin detalları məlum deyil.
Yayılan məlumata görə, talihsiz hadisə kaskadyorların səhnəsini çəkərkən baş verib.
Seriallardan başqa Milsen bir çox məşhur filmin operatoru olub.
Britaniyalı operator 54 yaşında idi.