"Sərhədsiz həkimlər" təşkilatının göstəricilərinə əsasən, Qəzza sektorunda 20 mindən çox yaralı var
"Sərhədsiz həkimlər" təşkilatının göstəricilərinə əsasən, Qəzza sektorunda 20 mindən çox yaralı var

 
“Sərhədsiz həkimlər” təşkilatının göstəricilərinə əsasən, Qəzza sektorunda 20 mindən çox yaralı var. Beynəlxalq təşkilat atəşkəs, Qəzzadan daha çox insanın təxliyyə edilməsi və humanitar yardımın göstərilməsini tələb edir.

Misir hakimiyyətinin məlumatına əsasən, dünən Qəzzadan Rafah keçid məntəqəsi vasitəsilə 335 əcnəbi və ikili vətəndaşlığı olan şəxs, həmçinin 76 ağır yaralı və xəstə təxliyə edilib.

BMT-nin göstəricilərinə əsasən, Qəzza sektorunda ərzaq, içməli su və dərman çatışmazlığı var.