Serqo Xideşeli - Şovidə, təbii fəlakət bölgəsində axtarışların ərazisi genişləndirilib, Çançaxi vadisində və Rionidə axtarışlar davam etdirilir
Serqo Xideşeli - Şovidə, təbii fəlakət bölgəsində axtarışların ərazisi genişləndirilib, Çançaxi vadisində və Rionidə axtarışlar davam etdirilir

Şovidə dünyasını dəyişən Qennadi Sultanişvilinin dəfn mərasimi bu gün Oni Mədəniyyət Evində baş tutacaq və mülki yas mərasimləri başlayacaq-deyə Oni şəhərinin meri Serqi Xideşeli bildirib.

Bundan əlavə, Xideşelinin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri fəal şəkildə davam etdirilir.

“Hazırda 24 vətəndaşın şəxsiyyəti müəyyən edilib. Aktiv rejimdə bütün qurumlar proseslərə cəlb olunub. Qayıqlar əlavə edildi, həm Çançaxi vadisində, həm də Rionidə ərazi genişləndirilib. Həmçinin Qlola kəndindəki evində mərasimi keçiriləcək Sopo Bakuradzenin də kimliyi müəyyən edilib. Milli Ətraf Mühit Agentliyi fəal şəkildə monitorinq aparır.  Axtarışlar zamanı son 24 saat ərzində meyit parçaları tapılıb”, – Xideşeli bildirib.