Serqi Qvarcaladze - əminəm ki, "gecə iqtisadiyyatının inkişafı" layihəsi uğurlu olacaq
“Gecə iqtisadiyyatının inkişafı” layihəsinin istiqamətlərindən biri gecə saatlarında Tbilisidə nəqliyyat hərəkəti məsələsinin səhmana salınmasıdır.
Serqi Qvarcaladzenin bəyan etdiyinə görə, bənzər layihə dünyanın bir çox ölkəsində həyata keçirilir və bu, şəhərin, ümumiyyətlə ölkənin iqtisadi inkişafı üçün çox əhəmiyyətlidir.
Layihə çərçivəsində menecment qrupu yaradılacaq. Qrup dövlət və kommersiya strukturlarını əlaqələndirəcək.
“Tbilisidə gecə iqtisadiyyatı, son illərdir intensiv olaraq inkişaf edir. Əminəm ki, bu layihənin uğurlu olması üçün hər cür önşərt mövcuddur. Bununla necə şəhərin əhalisi, eləcə də biznes yararlanacaqdır.”, – Serqi Qvarcaladze bəyan etdi.
Onun dediyinə görə, şəhərdə saat 18:00-dan saat 06:00-uya qədər munisipal nəqliyyatın hərəkəti məsələsinin səhmana salınması planlaşdırılıb.
Paytaxtın meri, Kaxa Kaladze “Gecə iqtisadiyyatının inkişafı” layihəsinin rəhbəri olaraq Serqi Qvarcaladzeni təyin etdi.