Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsi əmrini verib
Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsi əmrini verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Sergey Şoyqu Ukraynada müxtəlif tapşırıqları yerinə yetirən “Vostok” qrupunu təftiş edərkən, prioritetin Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsi olduğunu bildirib.
“Ordu generalı Sergey Şoyqu qruplaşmanın zərbə imkanlarının gücləndirilməsini qeyd edib, komandirə düşmənin Donbasın yaşayış məntəqələrinin bombalanmasında və buğda tarlaları, eləcə də taxıl anbarlarının məqsədyönlü şəkildə yandırılmasında istifadə etdiyi uzaqmənzilli raketlərin və artileriyanın yüksək dəqiqliyi olan silahlarla məhv edilməsinə üstünlük verməyi tapşırıb” – deyə nazirliyin məlumatında deyilir.