Serqey Şoyqu Pekinə səfər edib
Serqey Şoyqu Pekinə səfər edib

 
Rusiyanın müdafiə naziri Serqey Şoyqu Çinin paytaxtı Pekinə səfər edib. Rus mediası məlumatı Rusiyanın Müdafiə Nazirliyinə istinadən yayır.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, səfər çərçivəsində Şoyqu Ksianşan Təhlükəsizlik Forumunda iştirak edəcək.

“Rusiya hərbi idarəsinin rəhbəri plenar iclasda “qlobal təhlükəsizlik sahəsində böyük dövlətlərin məsuliyyəti və əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edəcək” – deyə məlumatda bildirilir.

10-cu Ksianşan Təhlükəsizlik Forumu oktyabrın 29-da açılıb və oktyabrın 31-dək davam edəcək. Forumda 90-dan çox ölkənin rəsmi nümayəndəsi, o cümlədən ABŞ, Böyük Britaniya və İranın nümayəndə heyətləri iştirak edir.