Serqey Şoyqu - Mariupol və Berdyansk dəniz limanları normal rejimdə işləyir və dənli bitkilər daşımağa hazırdır
Serqey Şoyqu - Mariupol və Berdyansk dəniz limanları normal rejimdə işləyir və dənli bitkilər daşımağa hazırdır

 
Mariupol və Berdyansk dəniz limanları normal rejimdə işləyir və dənli bitkilər daşımağa hazırdır-bu barədə Rusiyanın müdafiə naziri Serqey Şoyqu bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Mariupol limanında minalardan təmizləmə işləri başa çatıb, o, normal rejimdə işləyir və artıq ilk yük gəmilərini qəbul edib.

“Mariupolda yaşayış məntəqələrinə su və elektrik enerjisinin verilməsi mərhələli şəkildə bərpa olunacaq, küçələr təmizlənir. İlk sosial obyektlər işə başlayıb” -deyə Şoyqu bildirib.

Rusiya müdafiə naziri onu da qeyd edib ki, əsir götürülən ukraynalı hərbçilərin ümumi sayı 6489 nəfərə çatıb.