Serqey Şoyqu Rusiya və Çinin hərbi blok yaratmadığını bildirir
Serqey Şoyqu Rusiya və Çinin hərbi blok yaratmadığını bildirir

Rusiyanın müdafiə naziri Serqey Şoyqu Rusiya və Çinin hərbi blok yaratmadığını bildirir. Bu sözləri Serqey Şoyqu Moskvada Çin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşündə deyib.

“Qərbin bəzi təcavüzkar dövlətlərindən fərqli olaraq, biz hərbi blok yaratmırıq. Rusiya və Çin arasındakı münasibətlər etimad və hörmətə əsaslanan strateji qarşılıqlı fəaliyyətin nümunəsidir” – Şoyqu bildirib.

Serqey Şoyqunun sözlərinə görə, Çin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşdə iki ölkə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya müdafiə naziri son on gündə ikinci dəfə yüksək çinli hərbçi ilə görüşüb.