Sergey Şamba - Əgər vəziyyət düzəlməsə, diz üstə çöküb, Gürcüstandan və ya Rusiyadan bizi öz tərkiblərinə götürmələrini istəməli olacağıq
Sergey Şamba - Əgər vəziyyət düzəlməsə, diz üstə çöküb, Gürcüstandan və ya Rusiyadan bizi öz tərkiblərinə götürmələrini istəməli olacağıq

Əgər vəziyyət düzəlməsə, diz üstə çöküb, Gürcüstandan və ya Rusiyadan bizi öz tərkiblərinə götürmələrini istəməli olacağıq, – bu barədə bəyanatı işğal altında olan Abxaziyanın sabiq de-fakto baş naziri Sergey Şamba müxalifət qüvvələri blokunun görüşündə verdi.

Şambanın dediyinə görə, Abxaziya iqtidarında məsuliyyətsiz insanlar var, hansılar ki, “ölkəyi” idarə edə bilmirlər və yaranan krizisdən Abxaziyayı sadəcə Aslan Bjania çıxarda bilər.

Aslan Bjania işğal altında olan Abxaziyanın de-fakto iqtidarında dövlət təhlükəsizliyi xidmətinə rəhbərlik edirdi.

“İqtidarımız hərəkətsizdir. Belə getsə, bizi 19-cu əsrdəki kimi faciə gözləyir və yenə o zamanki kimi, hərşeyimizi itirəcəyik. Əgər bu vəziyyət düzəlməsə, diz üstə çöküb, Gürcüstandan və Rusiyadan bizi öz tərkiblərinə götürmələrini istəməli olacağıq. Onlara yalvarmalı olacağıq. Bunu istəyirsiniz mi? Mən bunu istəmirəm. Mən heç bir vəzifə istəmirəm, təklif etsələr də, qəbul etməyəcəm. Buraya sadəcə Aslan Bjaniayı dəstəkləmək üçün gəldim. Hazırki iqtidar heç nə edə bilmir. Abxaziyada hərkəs razılaşır ki, böyük krizisdəyik” – dedi Şamba.

İşğal altında olan Abxaziyanın sabiq de-fakto baş naziri bəyan etdi ki, krizis neytrallaşdırılmasa, Abxaziya artıq birdaha içindən çıxa bilməyəcəyi uçuruma düşəcək.

“Bu qədər müharibə nəyə lazım idi, bu qədər dost və qardaşlarımız nəyə görə həlak oldular? Biz tariximizdə olmayan müstəqilliyə nail olduq və dövlət yaratdıq. İndi bundan istifadə edib, bu dövləti idarə bilməyəcəyik mi? Abxaziya iqtidarında belə məsuliyyətsiz insanlar olduğu sürəcdə bu mümkün olmayacaq” – dedi Sergey Şamba.