Sergey Şamba - Gürcüstanla dialoqa başlamağımızın zamanıdır
Sergey Şamba - Gürcüstanla dialoqa başlamağımızın zamanıdır

İşğal edilmiş Abxaziyanın sabiq “baş naziri” Sergey Şamba “Exo Moskvı” ilə müsahibə zamanı Gürcüstan və işğal altında olan Abxaziya arasındaki münasibətlər haqqında danışdı.

Sabiq “baş-nazir” bəyan etdi ki, o gürcüləri düşman hesab etmir və gürcü dostları da var.

“Gürcüstana qarşı aparılam mübarizədə demək olar ki, lider mən idim, ancaq daha sonra, dialoqa başlamağımız gərəkdiyini də ilk deyən mən oldum. Biz birgə gələcək haqqında düşünməliyik, çünki qonşu xalqlarıq və taleh bizim bir yerdə mövcud olmağımızı istəyib. Qonşu xalqlar deyərkən, sadəcə Gürcüstanı nəzərdə tutmuram. Avropa xalqları arasında da münaqişələr olub. Onlarda müharibə edirdilər ancaq münasibətlərin tənzimləmə vaxtı hər zaman gəlir. Düşünürəm ki, indi Gürcüstanla məhz belə bir dialoqa başlamaq olar” – dedi Sergey Şamba “Exo Moskvı” ilə müsahibə zamanı.

Serqey Şambanın dediyinə görə, BMT-nin prosesə qoşulduğu zaman, tərəflər arasında danışıqlar intensiv şəkildə aparılırdı, ancaq 2008-ci ildə, missiyanın dayandırılmasından sonra, bütün proses dayandı. İndi Gürcüstanla danışıqlar aparmaq üçün yeganə vasitə Cenevrə görüşləri olub.

“Mən hesab edirəm ki, danışıqlar imkanını əldən buraxmamalıyıq. Ümid edirəm ki, gələcəyimiz haqqında müvafiq dialoqa başlanılacaq” – dedi Şamba.