Sergey Lavrovun Serbiya səfəri ləğv edilib, çünki onun təyyarəsinə üç ölkə hava məkanından istifadə üçün icazə verməyib
Sergey Lavrovun Serbiya səfəri ləğv edilib, çünki onun təyyarəsinə üç ölkə hava məkanından istifadə üçün icazə verməyib

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfəri ləğv edilib, çünki Serbiyanın üç qonşu ölkəsi onun təyyarəsinə hava məkanından istifadə üçün icazə verməyib. Rus diplomata uçuş qadağası Bolqarıstan, Şimali Makedoniya və Monteneqro tərəfindən qoyulub.

Balkan ölkələrinin qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyindən “Rus diplomatiyası hələ teleportasiyaya yiyələnməyib” -deyə bildiriblər.

Serbiya Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi geniş sanksiyalara qoşulmayıb. Digər bir çox Avropa ölkələri kimi Serbiya da Rusiya qazından çox asılıdır. Sergey Lavrov Belqradda, prezident Aleksandre Vuçiç ilə danışıqlar aparmalı idi.