Sergey Lavrov - Ukraynadakı mövcud vəziyyət NATO-nun qeyri-məhdud genişlənməsinin nəticəsidir
Ukraynadakı mövcud vəziyyət NATO-nun qeyri-məhdud genişlənməsinin nəticəsidir-bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə birgə mətbuat konfransında bildirib.
“Biz Ukrayna, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasında baş verən hadisələr kontekstində Avropa qitəsindəki vəziyyətə diqqət yetirdik. Orada vəziyyət nə bu gün, nə də dünən ağırlaşmayıb. Biz bu vəziyyətin( problemlərin) müəyyən dərəcədə yığıldığını görürük və həlledici kontekstdə amerikalı həmkarlarımızın və onların müttəfiqlərinin NATO-nun qeyri-məhdud genişlənməsi, birqütblü dünyanın qurulması üçün tutduğu kurs nəticəsində bu baş verdi” – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu, Rusiyanı cilovlamaq üçün edilib və Ukraynadan platforma kimi istifadə edilib.