Sergey Lavrov - Rusiyanın Ukraynadakı müharibəsi fonunda Aİ konstruktiv iqtisadi platformadan aqressiv və döyüşkən oyunçuya çevrilib
Sergey Lavrov - Rusiyanın Ukraynadakı müharibəsi fonunda Aİ konstruktiv iqtisadi platformadan aqressiv və döyüşkən oyunçuya çevrilib

 
Rusiyanın Ukraynadakı müharibəsi fonunda Aİ konstruktiv iqtisadi platformadan aqressiv və döyüşkən oyunçuya çevrilib- bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Aİ artıq Avropa qitəsindən kənarda öz ambisiyalarını ifadə edir.

Lavrovun sözlərinə görə, Avropa İttifaqı NATO-nun artıq qət etdiyi yoldan keçməyə çalışır, bununla da Şimali Atlantika Alyansına birləşmək meylini təsdiqləyirlər və həmçinin Lavrov Aİ-nin faktiki olaraq NATO-nun əlavəsi olacağını bildirib.