Serqey Lavrov-ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitlik yaradır
Serqey Lavrov-ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitlik yaradır

ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitlik yaradır-bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməsi beynəlxalq sülh və sabitliyin təminatıdır” başlıqlı məqaləsində deyilir.

“İndi Brüssel öz geosiyasi ambisiyalarının qayğısına qalaraq, Vaşinqtonla birgə Azərbaycan və Ermənistana öz “vasitəçilik xidmətlərini” təklif edir, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyi pozur. İndi İrəvan və Bakı liderləri ölkələrinin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra etimad yaratmaqla dinc həyat qurmağın vaxtı yetişib. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır” – Lavrov yazır.