Sergey Lavrov - Avropa İttifaqı ilə post-sovet məkanı, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı məsələləri müzakirə etməyə hazırıq

Avropa İttifaqı ilə post-sovet məkanı, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı məsələləri müzakirə etməyə hazırıq, –  bu barədə bəyanatı Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Avropa İttifaqının Xarici əlaqələr xidmətinin rəhbəri Cozef Borel ilə görüşdən sonra verdi.

Rusiya Xarici İşlər Nazirinin dediyinə görə, diskussiya o məkanlara aid olacaq, hansılarına Avropa İttifaqı böyük maraq göstərir.

Lavrovun bəyanatına görə, Rusiya ümid edir ki, siyasi müzakirələr zamanı, sərhədlərlə bağlı, yaxın qonşular və müttəfiqlərlə bağlı Rusiyanın legitim maraqları nəzərə alınacaq.

“Elə prinsiplər üzərində razılaşmalıyıq, hansılar post sovet məkanında, suveren ölkələrin daxili işlərinə qarışmamaq öhdəliyini nəzərdə tutur. Misal üçün Balkan yarım adalarında və digər ərazilərdə. Biz öz narazılığımızı gizlətmədik.  Biz hər mövzu ilə bağlı danışıb, hər iki tərəf üçün faydalı olan mövzularlar bağlı əlaqələri gücləndirməliyik, – dedi Lavrov.