Sentyabrın 3-dən xronik xəstəlikləri olan pensioner və məhdud imkanlı şəxslər üçün medikamentlərin qiyməti azalacaq
Cari ilin sentyabrın 3-dən xronik xəstəlikləri olan pensioner və məhdud imkanlı şəxslər üçün medikamentlərin qiyməti xeyli azalacaq.
Səhiyyə Nazirliyinin məlumatına görə, qeyd olunan qruplarda ən çox yayılan müalicə medikamentlərinin qiyməyi, bazar qiymətindən 50 faiz aşağı olacaq.
Pensionerlər və məhdud imkanlı şəxslər üçün qiyməti azalan medikamentlər bunlardır:
Ürək-damar xəstəlikləri – Enalapril 10mq, Enap 20mq, Lozap 100 mq, Kordaron 200 mq, Varfarin – Nikomed 2.5 mq, Diqoksin, Qrindeks –2.5 mq, Veroşpiron 25 mq, Zilt 75 mq, Monosan 40 mq, Furosemid 40 mq, Almodipin 5 mq;
Diabet tipi 2 – (İnsulində olmayandiabet xəstələri üçün) – Diabeton MR 60mq; Amaril 2mq; Siopor 1000mq;
– Badəmcik vəzlərinin xəstəlikləri üçün – Tirozol 5mq; L – Tiroksin 50mq;
– Ağ ciyərlərin xronik xəstəlikləri üçün – Bretaris Canueer 322mq 60 doza; Pulmikort 2mq, Medrol 16maq, Salbutamol 200 doza, Salbutamol intel aerozol 200 doza, Seretid Diskus 50/250 mq 60 doza, Albuterol Sulfat 0.5% 2.5mq/0.5 ml.
Qeyd olunan medikamnetləri yarı qiymətə almaq üçün benefisiar növbəti prosedurlardan keçməlidir:
1. Ailə və yaxud kənd həkiminə müraciət edib Forma N100 alasıdır;
2. Sosiyal xidmət agentliyinin hərnası filialında qeyd olunan sənədi və şəxsiyyət vəsiqəsini təqdim edərək, qeydiyyatdan keçməlidir.
3. Vətəndaş qeyd olunan preparatları güzəştli qiymətlərlə sadəcə PSP filiallarında ala bilər.
Benefisiar bir dəfədə üç ay ərzində yetəcək dozada medikamentlər ala bilər.