Sensasiya - Gürcü xokkeyçiləri Bolqariya komandasını məğlub etdilər (Video)

Cənubi Afrikada keçirilən Dünya Xokkey Çempionatının 3-cü diviziyonunun ikinci turunda, Gürcüstan diviziyon favoriti olan Bolqariya komandasını çətin oyun nəticəsində məğlub etdi.

Matçın ilk periodunu Bolqariyalılar 2:1 hesabla qazanırdılar.

İkinci mərhələdə gürcülər üstünlük qazandılar və mərhələyi 2:4 hesabla başa çatdırdılar.

Son mərhələdə isə, hər komanda bir şaiba ataraq, oyunu 3:5 hesabla başa çatdırdı.

Gürcüstan komandasının növbəti rəqibi aprelin 19-da Honq-Konq olacaq.