Sənin səsin də və biz qalib gəlirik- Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün səsvermə başladı
Sənin səsin də və biz qalib gəlirik- Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün səsvermə başladı

 

Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün onlayn səsvermə başladı – Mariam Biqvavaya birlikdə azarkeşlik edək.

Səs vermək üçün: vote.junioreurovision.tv linkinə keçin, video kolajı izləyin, sonra avtomatik olaraq səsvermə səhifəsinə keçəcəksiniz, Gürcüstan, Mariam Biqvava və daha iki ölkəni işarələyin.

Səs verməni başa çatdırmaq üçün sadə riyazi tapşırığı (məsələn, 2+2; 8-4) yerinə yetirin və səsverməni təsdiqləyin.


Səsvermə dekabrın 11-də saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsinin şousu başlayarkən yekunlaşacaq.

Bütün müsabiqəçilər tamaşaçılar qarşısına çıxdıqdan sonra səsvermə bərpa ediləcək. Bu zaman artıq ikinci dəfə Mariam Biqvavaya səs verə bilərik. Səsvermə sadəcə 15 dəqiqə davam edəcək.

Dördüncü dəfə Avroviziya Mahnı Müsabiqəsində qalib gəlmək üçün Gürcüstana birlikdə azarkeşlik edək.

Yerevanda, Gürcüstanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanın Birinci Kanalının “Ranina” layihəsinin beşinci mövsümünün qalibi Mariam Biqvava “I Believe/inanıram” mahnısı ilə təmsil edəcək. Gürcüstanın müsabiqə mahnısı Qiqa Kuxianidzeyə məxsusdur, mətn üzərində Beni Kadaqidze və İru Xeçanov işləyiblər, klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, dizayneri İza Nadareişvilidir.

Gürcüstanın Birinci Kanalı dekabrın 11-də, saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsinin şousunun translasiyasını təqdim edəcək.

#Səninsəsindəvəbizqalibgəlirik