Senator Cim Riş - Rusiyadan gələn təhlükəyi dərk etmək üçün Gürcüstan iqtidarı ilə danışa bilərsiniz
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ın xarici əlaqələr komitəsinin oxunuşunda, Gürcüstana ciddi dəstək bildirildi.
“Alyans Gürcüstan və Ukraynanın NATO-ya daxil olmaları ilə bağlı təşəbbüslərini daha güclü şəkildə dəstəkləməlidir. Alyans özünü müdafiyə və təhlükəsizlik sahəsində bu ölkələrə yardım etməlidir” – deyildi oxunuş zamanı.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ senatının xarici əlaqələr komitəsinin iclasında dünən “NATO-nun 70-ci il dönümü” adlı oxunuş keçirildi.
Oxunuş zamanı xarici əlaqələr komitəsinin sədri Cim Riş açılış sözlərində, NATO-nun əhəmiyyəti haqqında danışdı.
“Rusiya yenə NATO üçün təhlükə oldu. Əgər bunda şübhəniz varsa, Rusiyadan gələn təhlükənin miqyasını dərk etmək üçün, Gürcüstan və Ukrayna iqtidarları ilə danışa bilərsiniz” -dedi Cim Riş.