Səhiyyə Nazirliyində bəyan edirlər ki, İtaliya və Avropa İttifaqının digər ölkələri ilə avia-uçuşların dayandırılması məsələsi müzakirə olunmur

Nə İtaliya, nə də Avropa İttifaqının digər ölkələri ilə avia-uçuşların dayandırılması məsələsi müzakirə olunmur – Bu barədə bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia jurnalistlərin koronavirusa görə, İtaliya ilə avia-uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı suallarına cavab olaraq verdi.

Səhiyyə Nazirinin müavini sərhəd keçid məntəqələrində monitorinqin sərtləndirilməsi üçün müəyyən tədbirlərin keçiriləcəyini istisna etmədi.

“Hələlik yüksək risk daşıyan ölkələr olaraq, Çin, Cənubi Koreya və İran qalır. Bu mərhələdə də Gürcüstan qeyd olunan ölkələrlə gediş-gəliş ilə bağlı məhdudiyyətlər qoydu. Digər ölkələrə gəlincə isə, hərhansı bir məhdudiyyət yoxdur, ancaq sərhəd keçid məntəqələrində monitorinqin sərtləşdirilməsi üçün müəyyən tədbirlərin görüləcəyi istisna olunmur” – dedi Tamar Qabunia.