Səhiyyə Nazirliyi - Peyvəndləmə üzrə qeydiyyat portalına qarşı kiber hücum həyata keçirilib, mütəxəssislər problemi aradan qaldırmaq üçün çalışırlar
Peyvəndləmə üzrə qeydiyyat portalı booking.moh.gov.ge-yə qarşı kütləvi kiber hücum həyata keçirilib- bu barədə Gürcüstan Səhiyyə Nazirliyi açıqlama yaydı.
Onların verdiyi məlumata görə, problemi aradan qaldırmaq üçün mütəxəssislər artıq qeydiyyat portalında işləyirlər.
“Müvafiq qurumlar xətanı yaxın bir neçə saat ərzində aradan qaldırmaq üçün prosesə qoşulublar” -deyə deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Koronavirus əleyhinə peyvəndləmə üçün yaradılmış https://booking.moh.gov.ge veb-səhifəsi bu səhərdən bəri işləmir.