Səhiyyə Nazirliyi İaşvili Klinikasından azad edilən həkimlərlə bağlı bəyanat yayır
Səhiyyə Nazirliyi İaşvili Klinikasından azad edilən həkimlərlə bağlı bəyanat yayır

Səhiyyə Nazirliyi İaşvili Klinikasından azad edilən həkimlərlə bağlı bəyanat yayır. Bəyanatda deyilir ki, işdən azad edilən əməkdaşlar Nazirliyə müraciət etməyiblər.

“Cari ilin yanvarın 8-də Gürcüstanın Səhiyyə Nazirliyinə professiyal ittifaq “Həmrəylik şəbəkəsin əməkdaşlar mərkəzinin” sədri Teona Hendersonun bəyanatı daxil oldu, hansı ki, İaşvili klinikasından 99 əməkdaşın işdən azad edilməsin haqqında bildirirdi. Məsələnin öyrənilməsi üçün Səhiyyə Nazirliyi İaşvili klinikasının rəhbərliyinə müraciət etdi.

Qeyd edilmləlidir ki, işdən azad edilən əməkdaşlar daha öncədən Səhiyyə Nazirliyinə müraciət etməyiblər. Əgər klinika əməkdaşları nazirliyə daha öncə müraciət etsəydilər, nazirlik klinikadaki reorqanizasiya prosesinə daha yaxından qoşula bilərdi, ancaq hal-hazırda bu hüquqdan nazirlik artıq istifadə edə bilmir və sabiq əməkdaşların ədalətli mübarizələrini davam etdirmələrinin tək yolu var, o da məhkəmədir” – deyilir bəyanatda.

Xatırladaq ki, İaşvili adına uşaq mərkəzi xəstəxanasından azad edilən həkimlər klinikanın administrasiyasına qarşı məhkəməyə şikayət daxil etməyə hazırlaşırlar.