Şəftalı yığma mövsumu ilə bağlı, Çumlakidə, meyvə realizasiyası üçün topdan satış bazar işləməyə başladı
Şəftalı yığma mövsumu ilə bağlı, Çumlakidə, meyvə realizasiyası üçün topdan satış bazar işləməyə başladı

Qurcaani munisipalitetində şəftalı məhsulunun yığılması ilə bağlı Çumlaki kəndində meyvənin topdan realizsaiyası üçün bazar işə salındı.

“Bugündən etibarən, fermerlər xüsusi ilə hazırlanan bazarda, yerindəcə şeftalı, ərik və digər meyvələri sata biləcəklər. Sadəcə olaraq, bazar ərazisinə daxil olana qədər minik və yük avtomobilləri dezinfeksiyadan keçməlidirlər.

Bazarın açılışında Kənd Təsərrüfatı Nazirinin müavini Solomon Pavliaşvili və Qurcaanai munisipalitetinin meri Arçil Xandamaşvili iştirak edirdilər.

Solomon Pavliaşvilinin dediyinə görə, bu il hər şərait yaradılıb ki, fermerlərin şəftalı və ərik realizasiyası zamanı heç bir problemləri olmasın. Qiyməti isə, bazar requlyasiya edir.

Cari ildə Kaxetidə 35 000 ton şəftalı məhsulunun toplanması gözlənilir.