Sarp gömrük məntəqəsində vətəndaşlar keçirilən məhsul üçün qoyulan məhdudiyyətləri etiraz edirlər

Sarp gömrük məntəqəsində insanlar yığılıblar, ancaq bu yığınacaq bu səfər keçid-nəzarət məntəqəsindəki problemlə bağlı deyil.

Gömrükdən hər gün keçən və tütün və alkohol içki partiyaları aparan vətəndaşların bir hissəsi, Türkiyə tərəfindən, gömrükdən keçirilən məhsulun miqdarına qoyulan məhdudiyyəti etiraz edir. Gömrükçülər əvvəlcədən xəbərdarlıq vermədən, keçənlərin məhsullarının bir hissəsini əllərindən aldılar.

“Hər gün on lari qazanc üçün sərhədi keçirəm, indiyə qədər nəyi keçirəcəyimi bilirdim, bugün isə, malımı əlimdən aldılar. Gürcü tərəfindən tələb edirik ki, Türkiyəyə keçərkən, keçirə biləcəyimiz məhsulların miqdarı haqqında, gürcü dilində məlumat verilsin” – deyir vətəndaşlardan biri.

Dünən yaranan problemdən sonra, Sarp gömrük məntəqəsi açıqdır. Piyadalar da sərhədi asanlıqla keçirlər. Kiçik problemlərlə avtomobil ilə keçənlər üzləşirlər, ancaq Türkiyə tərəfi bunu öz elektron sistemlərindəki nasazlıqla açıqlayır.