Şarl Mişel - Siyasi böhran başa çatır, əminəm ki, parlamentdə müxtəlif partiyaların nümayəndələri təqdim olunacaqlar
Şarl Mişel - Siyasi böhran başa çatır, əminəm ki, parlamentdə müxtəlif partiyaların nümayəndələri təqdim olunacaqlar

Avropa Şurasının prezidenti Şarl Mişelin bəyanatına görə, siyasi liderlər tərəfindən razılaşmaya imzaların atılması çox önəmli bir addımdır.

Onun dediyinə görə, Gürcüstanda siyasi böhran başa çatır və siyasi qoşulma artıq daha stabildir.

“Hörmətli xanım prezident, dəvətinizə görə təşəkkür edirəm. Mənim üçün yenə bir dəfə Tbilisidə olmaq fəxrdir. Bu xeyirli səbəbə görə, ikinci dəfə buraya gəlmək mənim üçün xüsusi ilə böyük sevincdir, çünki Gürcüstan avro-atlantik yolda daha irəli addım atdı.

Gürcü liderləri razılığa nail oldular və bu sizin nailiyyətinizdir. Mən bilirəm ki, bu razılığa nail olmaq asan bir proses deyildi. İndi problemlər biraz azaldı və gördük ki, insanlar bu nəticəyi gözləyirdilər.

Baş nazirə, partiya liderlərinə və xanım prezidentə, bu prosesdə göstərdikləri cəfaya görə, təşəkkür etmək istəyirəm,

Biz bilirik ki. Gürcüstan Müstəqillik Gününü qeyd etməyə hazırlaşır və bundan sonraki proses yeni islahatlar üçün əsas yaradır”, – dedi Şarl Mişel.