Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Odessada səfərdədir.
Şarl Mişelin öz “Twitter” səhifəsində də yazdığı kimi, Ukrayna yalnız deyil, Avropa İttifaqı onunladır.
“Puşkinin “sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün Ukrayna xalqı öz abidələrini raket hücumlarından, öz azadlığını isə Rusiyanın təcavüzündən qoruyur. Siz yalnız deyilsiniz. Avropa İttifaqı sizinlədir”-deyə
Şarl Mişel “Twitter”-də yazır.
Şarl Mişel aprel ayında da Ukraynaya səfər edib, Avropa İttifaqı Şurasının prezidenti ruslardan azad edilmiş Buça şəhərində olub. Bu dəfə Şarl Mişel və Ukrayna prezidenti videokonfrans rejimində bir-biri ilə danışıblar. Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidentinə təşəkkür edib.
“Avropa İttifaqı Şurasının prezidentinin Odessaya şəxsən səfər etməklə bağlı cəsarətli qərarını yüksək qiymətləndirirəm. Avropa İttifaqı tərəfindən ölkəmizə davamlı dəstəyə görə minnətdaram” – deyə Zelenski bildirib.