Şarl Mişel - keçmiş Dağlıq Qarabağ vilayətindən sarsıdıcı xəbərlər gəlir, Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır
Şarl Mişel - keçmiş Dağlıq Qarabağ vilayətindən sarsıdıcı xəbərlər gəlir, Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır

 
Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır-bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.

Mişel bu barədə öz “Twitter” səhifəsində yazır.

“Bu gün keçmiş Dağlıq Qarabağ vilayətindən sarsıdıcı xəbərlər gəlir. Bakı və Qarabağ erməniləri arasında real dialoqun mümkün olması üçün Azərbaycanın hərbi əməliyyatları dərhal dayandırılmalıdır”-deyə Mişel yazır.

Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda “antiterror tədbirləri”nə başlandığını elan edib.

Bundan əlavə, Ermənistanın Müdafiə Nazirliyi Ermənistan Respublikasının Dağlıq Qarabağda ordu yerləşdirmədiyini bildirib. Qarabağdakı vəziyyətlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir.