Şarl Mişel Aİ-nin rus neftinin idxalına qadağa qoyulması məsələsini Avropa Şurasının növbəti iclasında həll edə biləcəyinə əmindir
Şarl Mişel Aİ-nin rus neftinin idxalına qadağa qoyulması məsələsini Avropa Şurasının növbəti iclasında həll edə biləcəyinə əmindir

 

Avropa Şurasının prezidenti Şarl Mişel Aİ-nin rus neftinin idxalına qadağa qoyulması məsələsini Avropa Şurasının növbəti iclasında həll edə biləcəyinə əmindir.

Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel İsveçin baş naziri Maqdalena Andersonla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ çoxlu dialoq və siyasi səy tələb edir. Şarl Mişelin qeyd etdiyi üzrə, Aİ liderləri bir olmaq və Rusiyanın döyüş maşınının məhv edilməsi üçün qərarlar qəbul etmək üçün çox çalışırlar.

“Biz rus mədən yanacaqlarından asılılığımıza son qoymağın önəmli olduğunu bilirik. Bu, Versalda hamımızın yekdilliklə verdiyi qərardır. Lakin, biz hamımız bilirik ki, keçid daha çətindir, çünki bizim Avropa torpaqlarında iqtisadi maraqları və sosial birliyi təmin etmək üçün konkret həll yoluna ehtiyacımız var. Məhz bu səbəbdən biz işləyirik, birliyimizi qorumağa, həmrəy olmağa imkan verəcək müəyyən təklifləri masaya qoymaq üçün yenilikçi, konstruktiv olmağa çalışırıq. Bəli, çətindir, lakin vaz keçməyəcəyik. Biz çox çalışacağıq, bazar ertəsi və çərşənbə axşamı Avropa Şurasında həmrəy olduğumuzu göstərə biləcəyimizə səmimi qəlbdən ümid edirik”-deyə Şarl Mişel bildirib.

Avropa Şurasının iclasının mayın 30-31-də keçirilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Macarıstan rus neftinə embarqo qoyulmasına qarşı çıxır.